Ərdoğan: "Türkiyədə təbii qaz yatağı aşkar edilib"

Tarix: 16:40 17.05.2025
"Türkiyədə təbii qaz yatağı aşkar edilib".
“İnformator.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, "Göktepe 3" ərazisində 3 500 metr dərinlikdə 49 günlük qazma işləri yekunlaşıb:
"Biz 75 milyard kubmetr ehtiyata malik təbii qaz yatağı kəşf etmişik. Bu həcmlə mənzillərimizin ehtiyacını təqribən 3.5 il ərzində özümüz qarşılayacağıq.
Yataqdakı bütün qazın dəyəri 30 milyard ABŞ dolları qiymətləndirilir".