ABŞ-də qasırğa: Ölənlər və dağıntılar var

Tarix: 17:13 17.05.2025
ABŞ-də dağıdıcı qasırğalar nəticəsində azı altı nəfər ölüb.
Bu barədə "İnformator.az" ABC telekanalına istinadən xəbər verir.
Sent-Luisdə dörd nəfər ölüb. Virciniya ştatında isə güclü külək nəticəsində qopan ağacların avtomobillərinin üzərinə düşməsi nəticəsində iki nəfər həlak olub.
Qasırğalar şərqdən İllinoys və Kentukkiyə doğru irəliləyir.
70 milyondan çox amerikalı bu həftəsonu sərt havaya hazırlaşır. 400 minə yaxın abonent işıqsız qalıb.