Havada iki helikopter toqquşub

Tarix: 17:40 17.05.2025
Finlandiyanın Satakunta əyalətindəki “Eura” aerodromunun yaxınlığında havada iki helikopter toqquşub.
"İnformator.az" xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Bildirilib ki, hər iki helikopter tapılıb, yanğınsöndürmə və xilasetmə işləri aparılır.
Mümkün itkilərin olub-olmaması barədə məlumat verilməyib.