Zelenski mübahisədən sonra ilk dəfə Venslə görüşüb

Tarix: 16:05 18.05.2025
Ukrayna Prezidenti Vladimir Zelenski fevralda Ağ Evdəki mübahisədən sonra ilk dəfə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Zelenski və Vens Papa XIV Leonun taxta çıxma mərasimində səmimi formada salamlaşıblar.