Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

Tarix: 10:42 18.05.2025
Türkiyədə episentri Egey dənizi olan 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat verilib.
Zəlzələnin yerin 7,01 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.