Liviya Tripolidə atəşkəs komitəsi yaradır-ŞƏRH

Tarix: 11:34 21.05.2025
BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) və ölkənin qərbində silahlı qüvvələrin baş komandanı kimi fəaliyyət göstərən Prezident Şurası paytaxtda atəşkəs rejimini qorumaq üçün atəşkəs komitəsi yaradıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Oqtay Qasımov bildirir ki, Qəddafi rejimi devrilən sonra Suriyada sabitlik pozulub və gördüyü kimi hazırda ölkə iki hissəyə bölünüb:
“Qərbdə BMT-nin tanıdığı Milli Etimad Höküməti fəaliyyət göstərir, Şərqində isə qiyamçıların təmsilçiləri hakimiyyətdədir və onlarında döyüş meydanında əsas qüvvələri general Haftara bağlı qüvvələrdir. Onları da bir çox ölkələr, o cümlədən, Rusiya və Fransa dəstəkləyir. Məhz bu dəstəklər içərisində 5-6 il öncə Haftarın qoşunları xeyli yaxınlaşsalar da, sonradan Türkiyənin verdiyi dəstək nəticəsində Milli Etimad Hökümətin qüvvələri həmin üsyançıları geri çevirə bildilər. O zamandan sonra tərəflər arasında nisbi bir sakitlik davam etməkdədir. Lakin bu sakitlik bir neçə gün öncə yenidən pozuldu. Belə ki, nüfuzlu hərbi komandanlarından birinin qətlə yetirilməsi ilə ölkədə vəziyyət gərginləşdi və məhz bu səbəbdən BMT Liviyada atəşkəs komitəsi yaratmaq qərarına gəldi. Bu atəşkəd komitəsinin yaradılması, şübhəsiz ki, proseslərə müsbət təsir edə bilər. Amma BMT-nin əlində ciddi təsir çarxlarının olmamasını nəzərə alsaq, o zaman atəşkəs rejiminin qoruması üçün əlavə tədbirlərə ehtiyac var. Və xüsusi ilə də milli etimad höküməti dəstəkləyən dövlətlərin bu prosesə ciddi dəstək verməsi vəziyyəti koordinal şəkildə sabitləşdirə bilər”.
Həmçinin politoloq şərhində qeyd edib ki, BMT özü beynəlxalq təşkilat olduğundan onun qərarları adətən səsvermə ilə qəbul edilir:
“Bu da legitim sayıla bilər. BMT-nin bu missiyası və aldığı qərar əslində Liviyada vəziyyətin sabitləşməsi üçün həyata keçirilir. Hesab edirəm ki, müsbət qarşılanmalıdır. Həm də bu komitənin yaradılması və effektiv fəaliyyət göstərəcəksə, sabitliyə ciddi bir köməyi olacaqsa, sözsüz ki, o Liviya cəmiyyətinin inamını artıra bilər. Əgər olmuyacaqsa, bu ehtimal da olmuyacaq. Yəni əslində BMT-nin və digər qurumlarln aldığı tədbirlər daimi xarakter daşımır. Liviyada daimi sabitliyin olması üçün orada milli və bütün cəmiyyətin üzvlərinin hüquqlarını tanıyacaq bir hökümət “modelinin” yaranmasına ehtiyac var. Məhz bu model yaradılarsa və dövlətdə ciddi təhlükəsizliklə bağlı problemlər həllini taparsa, o zaman bu daimi bir həll demək olar”.
Aysel Mirzəyeva