TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib

Tarix: 16:46 21.05.2025
Türk Dövlətləri Təşkilatı Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib.
“İnformator.az” xəbər verir ki, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə deyilir.
Sənəddə qeyd olunub ki, TDT həmin illərdə Azərbaycanın BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyini alqışlayır.
Bundan başqa bəyannamədə bildirilir ki, Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının sədri vəzifələrinə namizədliyi, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi alqışlanır.