Netanyahu: Hücumların sonu Trampın planına bağlıdır

Tarix: 17:28 23.05.2025
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzaya yönəlmiş hücumları dayandırmağa hazırdırlar, lakin bu, müəyyən şərtlərin yerinə yetirilməsindən asılıdır. Onun sözlərinə görə, hücumların sonlanması üçün israilli məhbusların azad edilməsi, HƏMAS-ın silahlarını yerə qoyması, təşkilatın liderlərinin bölgədən çıxarılması və Fələstinlilərin Qəzzadan sürgün olunmasını nəzərdə tutan Trampın planının həyata keçirilməsi əsas şərtlərdir.
Netanyahu Trampın planını “çox düzgün və inqilabi” adlandıraraq, ABŞ-la münasibətlərin korlandığı iddialarını da təkzib edib. O vurğulayıb ki, hücumlar İsrailin təhlükəsizliyini təmin edəcək şəkildə nəticələnməlidir.
Mənbə:Haber global
Mahmudlu Ləman