“Azərbaycanın həmin tədbirə ev sahibliyi etməsini alqışlayıram” -Paşinyan

Bölmə: Siyasət › ,
Tarix: 18:52 23.05.2025

“Avropa Siyasi Birliyi” sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayıram”.

 

“İnformator.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” səhifəsində yazıb.

 

“Deməliyəm ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib”, - Baş nazir bildirib.