Nəqliyyatda mübahisələr: Zövq alanlar var

Bölmə: Sosial › ,
Tarix: 11:12 25.05.2025

Son illərdə ictimai nəqliyyatdan istifadənin artdığını müşahidə edirik. Bu artım özü ilə birgə bir sıra ictimaiyyəti əlaqələndirən nəqliyyatda etik problemlərini ortaya çıxarır. Hər gün minlərlə insan metro, avtobus və taksidən istifadə edir. Həmin müddət ərzində onlar sosiallaşır və ətraf mühitlə ünsiyyətdə olur. Lakin sosiallaşma zamanı bəzi qeyri-etik mədəniyyətsizliklər meydana gəlir. Bu cür halları yaradanların sosial məsuliyyəti olduqca aşağıdır.

Yüksək səslə telefon danışığı, hətta danışıq müddətində vulqar  ifadələrin istifadəsi, uşaq və qocalara yer verilməməsi, sərnişinlərin bir-birinə olan mənfi münasibəti və s. kimi hallar sosial ictimai xarakter daşıyan neqativ hadisələrdir. Bunun kimi problemlər etik qaydalara zidddir.
Nəqliyyatda dava və mübahisələr mediadan kənar qalmır, tez-tez sosial şəbəkə və kanallarda işıqlandırılır. Son günlərdə gündəmdə yer alan avtobusda kişinin qızını döyməsi, yaşlı qadının əlində kəsici bıçaqla sərnişinlərə hədə qorxu gəlməsi cəmiyyət arasında təşvişə səbəb olub. Zərərçəkən və digər sərnişinlərin təhlükəsizliyi üçün dərhal avtobus sürücüsü və müvafiq orqanlar tərəfindən tədbir görüldü. Həmin an onlar arasında mübahisə nəqliyyatda olan digər sərnişinlərə psixoloji təsir göstərə bilərdi. Çünki psixoloji zəifliyi olan həssas insanlar da var. Onu da qeyd etmək istəyirəm ki, ictimai yerlərdə mübahisə gördükdə telefona çəkənlər, reytinq xatirinə sosial şəbəkələrdə paylaşanlar və mübahisəni izləməkdən həzz alanlar var. Sərnişinlər arasında mübahisə zamanı onları guya cəsarətləndirmək və ruhlandırmaq üçün “dəstək” olurlar. Sanki davanın bitməsini istəmirlər. Telefonla çəkib sosial mediada paylaşdıqda isə şərhlərdə nə qədər mübahisəni yenidən alovlandırmaq istəyənlləri görürük. “Yaxşı edir döyür”, “qızını döyməyən dizini döyər”, “nə edibsə az edib”, “qocanın ağlı başından gedib” və s kimi xoş olmayan şərhlər cəmiyyət arasında məsələnin yenidən gündəmə gəlməsinə səbəb olur. Əslində ətrafdakılar və sosial mediadakı bəzi istifadəçilər onlara mənfi təsir göstərir və mübahisənin gərginləşməsinə səbəb olurlar. Bu göstəricilər onların sosial media asılılığının və psixoloji problemlərinin olduğunun ilkin göstəriciləridir. Yoxsa kim mübahisə, qəsdən adam yaralama, vulqar ifadəli danışıq və s tipli mənfi hallardan zövq alsın ki?
Sərnişinlər arasında mübahisə zamanı onları guya cəsarətləndirmək və ruhlandırmaq üçün “dəstək” olurlar. Əslində ətrafdakılar onlara mənfi təsir göstərir və mübahisənin gərginləşməsinə səbəb olurlar.

Ümumilikdə cəmiyyətin sosial təhlükəsizliyi dövlət tərəfindən təmin edilsə də bəzən sosial və hüquqi məsuliyyətdən qaçanlar olur. Nəticədə təkcə nəqliyyatda deyil, digər ictimai məkanlarda xoşa gəlməz hallar yaşanır. Belə halların qarşısını almaq və azaltmaq üçün maarifləndirmə üzrə işlər görülməli, ictimai nəqliyyatda davranış qaydalarını cəmiyyətə ötürmək üçün layihə və tədbirlər keçirilməli, eyni zamanda psixoloji faktorlar nəzərdən keçirilməlidir.

Nurcan İsmayılova