Məktəblərdə süni intellektin istifadəsi

Tarix: 20:53 25.05.2025
Süni intellekt texnologiyalarının tətbiqi məktəblərdə tədris prosesinə yeni yanaşmalar gətirir. Virtual müəllimlər, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və fərdi öyrənmə platformaları bəzi ölkələrdə artıq geniş şəkildə istifadə olunarkən, Azərbaycanda bu sahədə hansı mərhələdəyik?
Mövzu ilə bağlı Vasif Qəhrəmanov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda süni intellektin təhsil sahəsində istifadəsi hələlik ilkin mərhələdədir:
“Hazırda başlanğıc mərhələdə olduğumuz üçün böyük nailiyyətlərdən danışmaq tezdir. Amma inkişaf davam edir və gələcək üçün böyük perspektivlər var. Süni intellektin təhsildə istifadəsi mənfi deyil, əksinə, müsbət təsir göstərə bilər. Süni intellekt müəllimi əvəz etmək üçün deyil, ona dəstək vermək üçün nəzərdə tutulmalıdır. Hər bir müəllim müəyyən qədər bu texnologiya ilə tanış olmalıdır. Bu məqsədlə seminarlar təşkil edilməli, müəllimlərə süni intellektin imkanları barədə ətraflı məlumat verilməlidir. Savadlı müəllim savadlı gələcək deməkdir. Müəllim öz bildiyini şagirdə də ötürəcək. Süni intellekt ən yaxşı şəkildə məhz təhsil sahəsində istifadə oluna bilər. Yaxın 5-10 il ərzində süni intellektin təhsil sahəsindəki uğurları daha aydın görünəcək. Bu baxımdan, artıq indidən müəllimlərin bu texnologiyaya inteqrasiyası və maarifləndirilməsi vacib addım sayılır".
Selcan Əhmədli