BDU-da Karyera Festivalı keçirilir

Tarix: 11:41 27.05.2025
Karyera Festivalı Bakı Dövlət Universitetinin tələbə və məzunlarına 100-dən çox işəgötürən1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.
Festival “Açıq qapı" formatında təşkil olunub. Festivalda BDU tələbələri ilə yanaşı digər universitetlərin tələbə və məzunları, eyni zamanda işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.
Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə “workshop" və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili planlaşdırılıb.
Nərmin Həşimova