Lavrov Rubio ilə telefonla danışıb

Bölmə: Dünya › ,
Tarix: 11:24 29.05.2025

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. 

"İnformator.az” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

 

Bildirilib ki, tərəflər söhbət zamanı İstanbulda keçirilməsi gözlənilən Rusiya və Ukrayna arasında danışıqların növbəti raunduna hazırlıq məsələlərini müzakirə ediblər.  

 

M.Rubio öz növbəsində ABŞ-nin münaqişənin tezliklə nizamlanması üçün tərəflərin mövqelərinin yaxınlaşdırılmasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb. 

 

Xatırladaq ki, bundan əvvəl S.Lavrov Rusiya və Ukrayna arasında birbaşa danışıqların növbəti raundunun iyunun 2-də Türkiyədə keçiriləcəyini açıqlayıb.