Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib

Bölmə: Dünya › ,
Tarix: 23:11 30.05.2025

 

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında növbəti finalçı müəyyənləşib.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın ikinci yarımfinal qarşılaşmasında Macarıstan və Serbiya seçmələri üz-üzə gəliblər.

 

Matçın əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) Macarıstan kollektivi həlledici mərhələdə Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

 

Yarımfinalda yığmamıza məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Mükafatlar uğrunda oyunlar iyunun 1-də baş tutacaq.