Levitt: "Bizə LGBT Harvard məzunları yox, elektrikçilər lazımdır"

Tarix: 17:51 29.05.2025
ABŞ-nin hazırkı prezidenti Donald Tramp hesab edir ki, ölkənin ali məktəb məzunlarından çox, peşə sahiblərinə ehtiyacı var. O, daha çox amerikalının elektrikçi və santexnik kimi ixtisaslara yönəlməsini istəyir.
Bu barədə Trampın sözçüsü Karolin Levitt "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Levittin sözlərinə görə, prezident Tramp vergi ödəyicilərinin vəsaitlərinin peşə məktəblərinə, ixtisasartırma proqramlarına və dövlət kolleclərinə yönəldilməsinin tərəfdarıdır.
“Ölkədə elektrikçi və santexnik kimi mütəxəssislərin çatışmazlığı var. Bizə məhz bu sahələrdə peşəkarlar lazımdır”, – deyə Levitt vurğulayıb.
Mənbə:Caliber
Aytən Ağazadə