Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub

Tarix: 00:13 30.05.2025
Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.
"İnformator.az" Teleqraf-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şahmar Elianur oğlu Mustafayev cəbhə bölgəsində həyatını itirib.
Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.
Məlumat üçün bildirək ki, Ş.Mustafayev cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinə qatılıb.