MM-in növbədənkənar sessiyasının ilk iclası başlayıb

Bölmə: Sosial › ,
Tarix: 11:14 03.06.2025

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, iclasda “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə edilir.

 

Ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

 

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.