Ərzincanda kolbasa içərisində metal əşya tapılıb

Tarix: 11:44 03.06.2025
Vətəndaş şokunu lentə alıb. Aldığı kolbasanı doğramaq istəyən vətəndaş bıçağı ilişib qaldığından şübhələnib və diqqətlə yoxlayanda kolbasa içərisində metal görünüşlü əşyaya rast gəlib.
Metal rəngli, dəmir və ya alüminium olduğu zənn edilən parçanı görən vətəndaş şokunu kameraya çəkərək lentə alıb. Şəkillərdə kolbasanın içindəki yad cisim aydın görünür.
Mənbə: A Haber
Çimnaz Telmanqızı