İsrail Qəzzada məcburi köçkünlər üçün məktəbi bombalayıb

Bölmə: Hadisə › ,
Tarix: 18:56 04.06.2025

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulan bir məktəbin həyətində qurulmuş çadıra endirdiyi hava zərbəsi nəticəsində azı 18 fələstinli həlak olub.

 

Rəsmi Fələstin informasiya agentliyi WAFA-nın məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var. Onlarla insan yaralanıb.

 

Zərbə İsrailə məxsus pilotsuz uçuş aparatı “Xannavi” məktəbinin ərazisində yerləşən və köçkünlərin sığındığı çadıra endirilib.

 

Tibbi mənbələr təsdiqləyib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb və bir çoxunun vəziyyəti ağırdır.

Eyni zamanda İsrail tanklarının atəşi nəticəsində Xan-Yunis şəhərinin cənubundakı Kizan ən-Nəccar bölgəsindəki yaşayış evləri də zərbə alıb. Qəzza şəhərinin şimal-şərq bölgələri də artilleriya atəşinə tutulub.

 

Anadolu Agency

Ayan Əsgərova