Panik atak ölümlə nəticələnə bilərmi?

Bölmə: Hadisə › ,
Tarix: 21:04 03.06.2025

İyunun 3-də Marmaris sahillərində baş verən zəlzələdən sonra Muğla valisi İdris Akbıyık panik atak keçirən 14 yaşlı gəncin xəstəxanaya aparıldığını və bütün səylərə baxmayaraq xilas ola bilməyəcəyini və həyatını itirdiyini açıqlayıb.

 

Türk Psixiatriya Dərnəyi panik atakı, bir insanı dəhşətə salan, ani və arabir təkrarlanan şiddətli sıxıntı və ya qorxu hücumu olaraq təyin edir. Adətən 10 dəqiqə ərzində intensivliyi artan bu vəziyyət təxminən yarım saat ərzində öz-özünə keçir.

 

Dərnəyin Media İdarə Heyətinin Üzvü Prof.Dr.Burhanəddin Kaya da "Panik atak ruhi pozğunluqdur və heç bir ölümə səbəb olmur. Bu doğru deyil, mümkün də deyil. Dünyada panik ataklardan ölən yoxdur" deyib.

 

BBC news
Aysel Mirzəyeva