Sabahdan I siniflərin məktəb və müəllim seçiminə başlanılır

Tarix: 16:48 04.06.2025
5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərin sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
“İnformator.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edilib ki, 6 may 2025-ci ildən etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul prosesində prioritet tətbiq edilirdi. Proses 12 sentyabr 2025-ci ilədək davam edəcək.