Azərbaycan gömrüyündən narkotiki belə keçirmək istəyiblər

Bölmə: Hadisə › ,
Tarix: 17:26 05.06.2025

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub.

 

Dövlət Gömrük Komitəsindən “İnformator.az”a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.