Naxçıvanda futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub

Bölmə: İdman › ,
Tarix: 20:19 07.06.2025

Naxçıvanda futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində qrup mərhələsi başa çatıb. Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirdə hər qrupdan iki komanda 1/4 yüksəlməyə nail olub.


A qrupunda Mədəniyyət Nazirliyi, B qrupunda Təhsil Nazirliyi, C qrupunda Ədliyyə Nazirliyi, D qrupunda isə Dövlət Vergi Xidməti birinci yerin sahibləri kimi, Səhiyyə, Fövqəladə Hallar, İqtisadiyyat nazirlikləri və Dövlət Energetika Xidməti isə qrup ikinciləri qismində pley-offa adlayıblar.

 

14 iyun 2025-ci il tarixində baş tutacaq 1/4 final oyunlarında aşağıdakı komandalar qarşılaşacaq:

 

Saat 10:00 – Mədəniyyət Nazirliyi – Dövlət Energetika Xidməti

 

Saat 11:00 – Ədliyyə Nazirliyi – Səhiyyə Nazirliyi

 

Saat 12:00 – Təhsil Nazirliyi – İqtisadiyyat Nazirliyi

 

Saat 13:00 – Dövlət Vergi Xidməti – Fövqəladə Hallar Nazirliyi