Astarada avtomobil ata və üç yaşlı oğlunu vurub

Tarix: 14:57 08.06.2025
Astarada avtomobil ata və oğlunu vurub.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.