Ağdamda Gənclər Forumu keçirilir

Bölmə: Sosial › ,
Tarix: 10:25 01.07.2025

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilir.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən tədbir “İƏT Həftəsi” çərçivəsində baş tutur.

 

Bildirilib ki, forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.

 

Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.

 

Məlumata görə, forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.

 

Həmçinin forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.