Hərbi hissəni özbaşına tərk edən əsgər cəza alıb

Tarix: 16:31 09.06.2025
Hərbi hissəni özbaşına tərk edən əsgər cəzalandırılıb. O, nənəsinin vəfatı ilə bağlı evə gedən zaman ailəsinə məzuniyyətə buraxıldığını deyib.
“İnformator.az”, “Musavat.com”a istinadən verir ki, 19 yaşlı Əhmədov xidmətdə olduğu hərbi hissəni özbaşına tərk edib.
Həmin zaman Əhmədovun nənəsi vəfat edibmiş. Yol taksisi ilə evə gedən Əhmədov ailəsinə deyib ki, nənəsinin vəfatı ilə bağlı komandirləri tərəfindən məzuniyyətə buraxılıb.
Əhmədov məzuniyyət müddətindən artıq evdə qaldığı üçün atası bundan şübhələnib. Ondan niyə hərbi hissəyə qayıtmadığını soruşub. Əhmədov atasına hər şeyi etiraf edib. Bundan sonra atası onu özü ilə hərbi hissəyə aparıb.
Törətdiyi əmələ görə məsuliyyətə cəlb edilən Əhmədov 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunub.