ABŞ-də təyyarə dənizə düşüb

Tarix: 20:08 09.06.2025
1970-ci il istehsalı olan Cessna 414 tipli, içərisində 6 nəfərin olduğu kiçik təyyarə ABŞ-nin Kaliforniya ştatının San Dieqo sahillərində dənizə düşüb.
Qruplar dağıntılara çatmaq üçün axtarış-xilasetmə işlərini davam etdirir. Bildirilib ki, qəza havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Hadisədən sonra başladılan axtarış-xilasetmə işlərində təyyarənin dənizə düşdüyü ərazi müəyyən edilib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı