Manisa Böyükşəhər Bələdiyyə Başçısı vəfat edib!

Bölmə: Hadisə › ,
Tarix: 20:10 09.06.2025

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vuraraq müalicə aldığı xəstəxanada həyatını itirib.

 

Səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabından Zeyrek bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyini açıqlayıb. Prezident Ərdoğan başsağlığı mesajında dərin hüznünü ifadə edib və CHP təşkilatına başsağlığı verib.

 

Digər tərəfdən MHP lideri Dövlət Baxçalı "Ailəsinə, sevənlərinə və Cümhuriyyət Xalq Partiyası ictimaiyyətinə başsağlığı verir, səbr diləyirəm",-deyib.

Səhiyyə naziri Kamal Memişoğlu elektrik cərəyanı vuran və bir müddət xəstəxanada müalicə alan Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrekin müdaxilələrə baxmayaraq həyatını itirdiyini açıqlayıb.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı