“Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə məntəqəsi təşkil olunub

Tarix: 10:33 10.06.2025
Bakının Nərimanov rayonu - Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) hərəkətin təşkilində daha bir dəyişiklik edilib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə məntəqəsi təşkil olunub.
Bildirilib ki, məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində, Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.