Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Bölmə: Dünya › ,
Tarix: 16:21 12.06.2025

Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “RBC.ua” məlumat yayıb.

 

Mübadilə İstanbulda keçirilən danışıqların ikinci raundu çərçivəsində əldə olunmuş razılaşmalara əsasən həyata keçirilib.

Rəsmi məlumata görə, tərəflər bu dəfə hər iki ölkənin xəsarət alan və ağır yaralı hərbçilərindən ibarət qrupları geri qaytarıblar.

 

Qeyd edək ki, Ukrayna və Rusiya arasında əsir mübadiləsi müharibə başlayandan bəri fasilələrlə davam etdirilir və bir neçə mərhələdə həyata keçirilib.