İsraildə nazirlərə "WhatsApp"dan istifadə qadağan olunub

Tarix: 16:21 13.06.2025
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ölkə nazirlərinə ictimai yerlərdə görünməyi və "WhatsApp" tətbiqindən istifadəni qadağan edib.
“İnformator.az”ın RT-yə istinadla verdiyi məlumata görə, bu barədə yerli jurnalist Süleyman Əhməd məlumat verib.
Qadağanın səbəbi kimi təhlükəsizlik riskləri və mümkün hücum təhlükəsi göstərilir.