ABŞ İraqa səfər etməmək barədə xəbərdarlıq edib

Tarix: 17:11 12.06.2025
ABŞ Yaxın Şərqdəki işçilərinin bir qisminin ölkəni tərk etməsinə qərar verdikdən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa səfər etməmələri barədə xəbərdarlıq edib.
ABŞ Dövlət Departamenti verdiyi yazılı açıqlamada, vacib olmayan dövlət işçilərinin ölkələrini tərk etmələri üçün göstərişlər verildiyini xatırladıb.
Bəyanatda İraqa səyahət tövsiyəsi "səyahət etməyin" mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.
Bəyanatda qərarın səbəbi kimi "terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu" göstərilib və "Heç bir səbəblə İraqa səfər etməyin" xəbərdarlığı yer alıb.
Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının sıx təhlükəsizlik şəraitində yaşayıb işləməsinin gözlənildiyi vurğulanaraq, "İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var".
ABŞ Dövlət Departamenti və Müdafiə Departamenti Yaxın Şərqdəki qeyri-vacib Amerika personalına xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ personalının bir hissəsini Yaxın Şərqdə tərk etmək qərarı “region təhlükəli yerə çevrilə bilər” deyə verilib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli