İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv edib

Bölmə: Sosial › ,
Tarix: 15:01 13.06.2025

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.

 

“İnformator.az” bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.

 

Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:

 

Bakı-Lahor-Bakı (J2 145/146)


Bakı-Mumbay-Bakı (J2 059/060)


Bakı-Dammam-Bakı (J2 8205/8206).

 

Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.