Tramp İsrailin İrana hücum ehtimalından danışıb

Bölmə: Dünya › ,
Tarix: 22:23 12.06.2025

İsrailin İrana zərbə endirməsi qaçılmaz deyil, lakin bu, baş verə bilər.

 

ABŞ Prezidenti Donald Tramp belə deyib.


O bildirib: "Münaqişədən qaçmaq istərdim. Amma İranla daha sərt danışıqlar aparmalı olacağıq, bu o deməkdir ki, onlar bizə vermək istəmədikləri şeyləri indi verməlidirlər... Biz İranla razılaşmaya çox yaxınıq. İsrailin hücumu isə hər şeyi məhv edə bilər. Mən İranla razılaşmaq istəyirəm. İsrailin İranı işğal etməsini istəmirəm".