Netanyahu 2024-cü ilin noyabrında İranın nüvə proqramına qarşı əməliyyat əmri verib

Bölmə: Dünya › ,
Tarix: 19:35 13.06.2025

İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması əmri 2024-cü ilin noyabrında verilib.


"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.


O qeyd edib ki, əməliyyatın əvvəlcə aprel ayında keçirilməsi planlaşdırılırdı.