İsrail İranda nələri vurub və hələ nəyə hücum etməyib?

Bölmə: Dünya › ,
Tarix: 21:41 13.06.2025

 

İsrail İrandakı ən azı 100 hədəfə, o cümlədən Tehran rejiminin hərbi rəhbərliyinə və İranın nüvə proqramının strateji obyektlərinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

 

İsrailin Baş Naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranın nüvə zənginləşdirmə və nüvə silahlandırma obyektlərini, ballistik raket proqramları həyata keçirən obyektləri, eləcə də ayrı-ayrı iranlı nüvə alimlərini hədəf alıb. Tehran, Şiraz və Təbriz, eləcə də İsfahan və Kirmanşah şəhərləri də daxil olmaqla, təxminən onlarla fərqli saytın hədəfə alındığı görünür. İsrail və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehrandan 250 km aralıda yerləşən Natanz nüvə stansiyasına zərbələrin endirilməsini təsdiqləyib.


İranın ən əhəmiyyətli nüvə zənginləşdirmə sahəsi və yeraltı sentrifuqa qurğuları ağır beton divarlarla qorunur. Ərazinin genişləndirilməsi üçün tikinti işləri aparılıb.


Euronews
Səmayə Səftərova