KKTC heyəti İranda qapalı qalıb!

Tarix: 21:53 13.06.2025
UBP millət vəkili Ahmet Savaşan: “Türkiyənin dəstəyi ilə səfirlikdəyik”.
İsrailin İrana hava hücumundan sonra hava məkanı bağlanıb və Tehranda qapalı qalan ŞKTC nümayəndə heyəti təhlükəsiz şəkildə Türkiyə Respublikasının Tehrandakı səfirliyinə aparılıb. UBP millət vəkili Ahmet Savaşan “Dövlətimizin və Türkiyənin dəstəyi ilə arxayınıq” açıqlamasını verib. UBP-dən verilən məlumata görə, Əhməd Savaşan başçılıq etdiyi KKTC nümayəndə heyəti 11-13 iyun tarixlərində İranın Həmədan şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 3-cü Sağlamlıq Turizmi Konfransında iştirak etmək üçün İranda olub.
A haber
Asiman Vəliyeva