İsrail İranın bu obyektlərinə zərbələr endirib-KİV

Tarix: 11:09 15.06.2025
“İsrailin bazar günü gecə İrana endirdiyi zərbələrin hədəfi Müdafiə Nazirliyi və onun Tehrandakı strukturları olub”.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail gecə saatlarında nazirliyin qərargahına hücum edərək, inzibati binalardan birinə ziyan vurub.
Agentlik bildirir ki, eyni ərazidə Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatına da zərbə endirilib.