Ərdoğan Azərbaycanı təbrik edib

Bölmə: Dünya › ,
Tarix: 19:45 15.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkədə paylaşım edib.


“Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salam və sevgilərini çatdırıram”, – o qeyd edib.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin mətbuat katibi Fəxrəddin Altun Azərbaycanı təbrik etmişdi.