Dünyanın 7 bilinməyən memarlıq incisi

Bölmə: Maraqlı › ,
Tarix: 13:03 01.03.2016

Dünyada Tac Mahal kimi məhşur olan bir çox memarlıq nümunələri var. İnformator.az xəbər verir ki, bununla belə dünyanın bir sıra memarlıq inciləri var ki, çox az tanınıb. Sizə müxtəlif ölkələrdə yerləşən, lakin çox az adam tərəfindən tanınan memarlıq nümunələrini təqdim edirik. 

Malidə Böyük Cenne məscidi. Məscid Afrikanın ən məhşur tikilisidir və UNESCO-nun mədəni irs siyahısına daxil edilib.



Hindistanın Rajastan əyalətində Abhaneri kəndində yerləşən pilləkanlı quyu. Çand Baori adlanan bu memearlıq nümunəsi eyni zamanda gənclərin üzgüçülük üçün müraciət etdiyi yerlərdən biridir. 



Buxarestdə Parlament sarayı. Ehtimal edilir ki, bu bina dünyadakı ən böyük Mülki idarədir. Parlamentin “İnsanların evi” adlandırılan “Alexandru loan Cuza” zalı xarici turistlər tərəfindən ziyarət edilir.



Bosniya və Hersoqovinada Osmanlı imperiyası dövründə XVI əsrdə inşa edilən Qədim körpü. Orijinal körpü 1993-cü ildə Xorvatiya-Bosniya müharibəsi zamanı dağıdılıb. Hər il keçirilən dalğıc müsabiqəsində üzgüçülər 22 metr hündürlükdəki körpüdən Neretva çayına tullanır. 



Hindistanda Rajastanda yerləşən Kumbhalgarh – Mevar qalası. Qalanın divarlarının uzunluğu 38 kilometrdir, buna görə də Böyük Çin səddindən sonra dünyanın ikinci ən uzun divarı hesab edilir.



İranın İsfahan şəhərində yerləşən Şeyx  Lütfüllah məscidi. XVII əsrdə tikilən bu məscid Səfəvilər dövrü memarlığının ən gözəl nümunələrindən biridir. 



Deravar qalası dairəvi qala Pakistanın Bahavalpur şəhərində yerləşir. Qala 40 metr hündürlüyündə bürclərdən və qala ətrafında 1 500 metr uzunluğunda dövrə vuran 30 metr hündürlüyündəki divarlardan ibarətdir.