İlin avtomobili seçildi

Tarix: 13:54 01.03.2016
22 ölkədən 58 avtomobil jurnalistinin səsverməsi ilə Opel Astra 2016-cı ilin avtomobili seçilib.
İnformator.az xəbər verir ki, 2016-cı ildə ilin avtomobili Opel Astra seçilib. Cenevrə avtomobil sərgisində təşkil edilən mərasimdə Audi A4, BMV 7 modeli, Jaguar XE, Mazda MX-5, Skoda Superb və Volve XC90 kimi rəqiblərini keçən 2016-cı il istehsalı Opel Astra ilin avtomobili olub.
Opelin rəhbəri Tomas Neuman “Sürücülərə qulaq asdıq və yüksək texnologiya ilə bu avtomobili ortaya çıxardıq”,- deyib.
Opel 2012-ci ildə Ampera, 2009-cu ildə İnsignia ilə ilin avtomobili mükafatını qazanmışdı. 2015-ci ildə ilin avtomobili Volkswagen Passat seçilmişdi.
651 dəfə oxunub