Zəlzələləri əvvəlcədən hiss edən heyvanlar

Bölmə: Maraqlı › ,
Tarix: 16:16 02.07.2025

2004-cü ildə İndoneziya sahillərində 9,1 bal gücündə sualtı zəlzələdən sonra baş verən sunami ən azı 225 min insanın ölümünə səbəb olub.

 

Ölənlərin sayının bu qədər yüksək olmasının bir səbəbi, bir çox icmanın heç bir xəbərdarlıq almaması idi. Su axını və zəlzələ sensorları kimi süni erkən xəbərdarlıq sistemləri aydın bir həyəcan siqnalı verə bilməyib.

Problemlərə görə bir çox sensorlar işləmirdi və bir çox sahil bölgələrində sunami siren sistemləri yox idi. Xəbərdarlıq kimi göndərilən mətn mesajları ya təhlükə altında olan ərazilərə çatmayıb, ya da heç oxunmayıb.


Ancaq hündürlüyü doqquz metrə çatan divarlara bənzəyən nəhəng dalğalardan dərhal əvvəl dəqiqələr və saatlar ərzində bəzi heyvanlar yaxınlaşan təhlükəni hiss edərək qaçmağa çalışıblar. Hadisə şahidlərinin sözlərinə görə, fillər daha yüksək yerə qaçıb, flaminqolar aşağı ərazilərdə yuvalarını tərk edib, itlər isə açıq yerə çıxmaqdan imtina ediblər.

 

Mənbə: BBC NEWS TÜRKÇE
Zəhra Möhübbətova