Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib

Bölmə: Hadisə › ,
Tarix: 14:18 22.06.2025

Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.

 

R.Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.


Qeyd edək kİ, o, 1997-2005-ci illərdə Rusiya Kinematoqrafçılar İttifaqının Kino istehsalı və yayımı təşkilatçıları gildiyasının prezidenti olub.