İraqdan ABŞ-nin Qətərdəki bazalarına hücum edən İrana etiraz!

Tarix: 15:03 24.06.2025
İranın Qətərə hücumuna etiraz edən İraq Xarici İşlər Nazirliyi, son hücumun Yaxın Şərqdəki gərginliyin "təhlükəli və misli görünməmiş bir dönüş nöqtəsini təmsil etdiyini" vurğulayıb.
İraq Xarici İşlər Nazirliyi, İranın Qətərin paytaxtı Dohada yerləşən ABŞ-ə məxsus Əl-Udeyd Hərbi Hava Bazasına raket hücumu ilə bağlı etirazını bildirib.
Nazirlik bildirib: “Regionda baş verən təhlükəli və sürətlə artan gərginliyi dərin narahatlıqla izləyirik. Bu hadisə, bütün bölgənin təhlükəsizliyi və sabitliyi baxımından ciddi risklər daşıdığından, İraqın uzun müddətdir qarşı çıxdığı bir inkişafdır”.
TRT HABER
Solmaz Muradova