İsrail İranla müharibənin itkiləri və ziyanı barədə məlumatı açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 23:11 24.06.2025

İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.

 

"Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib.


Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.