Türkiyə Prezidenti İsraillə İranı atəşkəsə əməl etməyə çağırıb

Bölmə: Dünya › ,
Tarix: 15:08 24.06.2025

Dünən axşam İsrail və İran arasında atəşkəs əldə olunmasını Türkiyə razılıqla qarşılayır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland səfərindən əvvəl təşkil edilmiş mətbuat konfransında danışıb.

 

O, İsraillə İranı əldə olunmuş atəşkəsə riayət etməyə çağırıb:

“Əvvəl də qeyd etdiyim kimi, bölgə yeni bir münaqişəyə dözə bilməz, yaranan gərginliklərin həll yolu yalnız diplomatiya olmalıdır”.

 

Türkiyə lideri İsrailin İrana hücumlarının qarşısının bundan sonra da alınmasının vacibliyini vurğulayıb:

Ərdoğan qeyd edib ki, əks təqdirdə bütün bölgə bundan zərər görər.


“Həmçinin Qəzzadakı qarşıdurma da sona çatdırılmalıdır”, - o əlavə edib.