İsrailin hücumu başlayandan bəri İranda ölənlərin sayı açıqlanıb

Tarix: 15:21 24.06.2025
"İsrailin İran ərazisinə birbaşa hücumlara başladığı gündən bəri azı 606 nəfər həlak olub".
"İnformator.az"ın "Fars" agentliyinə istinada verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının səhiyyə naziri Muhəmməd Reza Zafargəndi bəyan edib.
Nazirin sözlərinə görə, ölənlərin təxminən 95 faizi dağıntılar altında qalaraq həyatını itirib.
"Qalan 5 faizi isə yaralı halda xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb", - deyə nazir bildirib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.