Ərdoğan NATO Sammiti üçün Hollandiyaya gedir

Tarix: 15:32 24.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün NATO-nun mühüm sammitində iştirak etmək üçün Hollandiyanın Haaqa şəhərinə yola düşür. Sammit, 32 üzv və tərəfdaş ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək.
Əsas gündəm mövzusu olaraq çəkindirmə və müdafiə məsələləri ön planda olsa da, Yaxın Şərqdəki gərgin proseslərin sammitin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
Prezident Ərdoğanın çərşənbə günü keçiriləcək liderlər iclasında Yaxın Şərqdəki son hadisələrlə bağlı mühüm mesajlar verməsi planlaşdırılır. O, sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, builki sammitin regional və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığı vurğulanır.
TRT haber
Mahmudlu Ləman