Tramp: “Xahiş edirəm, atəşkəsi pozmayın”

Tarix: 15:33 24.06.2025
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin başladığını elan edib və tərəfləri onu pozmamağa çağırıb. Truth Social platformasında paylaşım edən Tramp, “Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın”, – deyə bildirib və mesajını “Amerika Birləşmiş Ştatlarının Prezidenti” imzası ilə tamamlayıb.
Trampın sözlərinə görə, hər iki ölkə onunla demək olar ki, eyni vaxtda sülh üçün əlaqə saxlayıb. O, bu prosesin ən böyük qalibinin dünya və Yaxın Şərq xalqları olduğunu vurğulayıb.
Sülhün qorunmasının vacibliyinə toxunan Tramp, “Haqq və dürüstlük yolunda qalınsa, çox şey qazanılacaq, əks halda bunun bədəlini ağır ödəyə bilərsiniz”, – deyə xəbərdarlıq edib. O, bəyanatını “Allah hər ikinizi qorusun” sözləri ilə tamamlayıb və tərəfləri daimi sülh üçün məsuliyyət daşımağa çağırıb.
TRT haber
Mahmudlu Ləman