Qətər: İrandan atılan 18 raketdən biri ABŞ bazasına düşüb

Bölmə: Dünya › ,
Tarix: 15:35 24.06.2025

 

Qətər rəsmiləri bildirib ki, İranın atdığı 18 raketdən yalnız biri Əl-Udeydəki ABŞ Hərbi Hava Bazasına düşüb, digərləri isə dənizdə məhv edilib.

Paytaxt Dohada keçirilən mətbuat konfransında Birgə Əməliyyatlar Baş Qərargah rəis müavini Şeyx əl-Hicri açıqlayıb: “Saat 19:30 radələrində bazaya İrandan 7 raket atıldığı barədə məlumat aldıq. Onlardan biri hədəfə çatıb, lakin itki olmayıb. İkinci dalğada atılan 11 raketdən biri də baza sərhədlərinə düşsə də, can itkisi və maddi ziyan qeydə alınmayıb”.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

TRT haber
Mahmudlu Ləman